2022-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz artaraq 13,6 milyard dollara bərabər olub.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 2,8 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 30,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.