9 C
Baku
Saturday, December 27, 2025

Türkiyə kirayə qiymətlərinin artmasına görə dünyada birinci olub

Türkiyə 2022-ci ildə artan kirayə qiymətləri baxımından 56 ölkə arasında birinci olub, bu barədə Böyük Britaniyanın daşınmaz əmlak konsaltinq şirkəti “Knight Frank” tərəfindən dərc olunan “Qlobal yaşayış qiymətləri indeksi” hesabatında deyilir.

Ölkənin Rieltor Palatasının sədri Nizaməddin Aşa 2018-ci ildən sonra ev qiymətlərinin ümumi artımına işarə edərək, bu artımın 70 faizinin haqlı, 30 faizinin isə “köpük” olduğunu bildirib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Milli Statistika İnstitutunun daha əvvəl verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya noyabrda 84.39%-dən dekabrda 64.27%-ə enib. Rəsmi məlumata görə, ən çox artım mənzil-kommunal xidmətlər (79.83%), sərinləşdirici içkilər (77.9%) və nəqliyyat xidmətlərində (54.5%) olub.

Misal üçün, Antalyada 2022-ci ildə orta kirayə qiyməti ən azı 4 dəfə artaraq ayda 200-600 dollardan 2000 dollara yüksəlib. İstanbulda isə kirayə mənzilin minimum qiyməti ayda 1.5-2000 dollar təşkil edir.

2022-ci ilin noyabrında Antalya sakinləri mənzillərin satışına və əcnəbilərə kirayəsinə qadağa qoyulması tələbi ilə imza toplamağa başlayıblar. Müraciət müəllifləri qeyd ediblər ki, ev sahibləri kirayə qiymətlərini mütəmadi olaraq artırır və ya kirayəçiləri evdən çıxarır, onu əcnəbilərə daha yüksək tariflərlə icarəyə verməyə üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər