8 C
Baku
Thursday, December 12, 2024

Türkiyə koronavirus məhdudiyyətlərini qismən yumşaldır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü koronavirusla mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərin qismən ləğv edildiyini açıqlayıb. Banker.az bu barədə “TASS”a istunadən xəbər verir.

“İyun ayı boyunca komendant saatı bazar ertəsindən şənbə gününə qədər saat 22:00-dan 05:00-dək fəaliyyət göstərəcək”, – deyə Türkiyə lideri kabinet iclasından sonra Ankarada təşkil etdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, daha əvvəl respublika sakinlərinə iş günləri saat 21:00-dan 05:00-dək evdən çıxmaq qadağan edilib.

Bundan əlavə, iyunun 1-dən ölkədəki kafe və restoranlar bütün lazımi tədbirlərin görülməsi şərti ilə qonaqları qəbul edə biləcək.

Bu ilin aprel ayında Türkiyədə koronavirusa yoluxanların sayı 60 minə çatıb ki, bu da pandemiya başlayandan rekord olub. Bundan sonra hökumət əvvəlcə qismən məhdudiyyətlər, daha sonra isə total lokdaun tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər