“Ermənsitanın Zəngəzur dəhlizi olmaqla verdiyi vədləri yerinə yetirməsini gözləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti təəssüflə bildirib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib: “”Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi”.
Ərdoğan deyib ki, Cənubi Qafqaz bölgəsindəki gərginliyin tezliklə başa çatacağına ümid edir.