“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, – dövlət başçısı bildirib.
Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini yerinə yetirməlidir: “Bundan sonra biz də məsələni parlamentimizdə müzakirə edərik. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, biz buna icazə vermərik. Makedoniya 20 ildə NATO-ya üzv oldu. Bu, o qədər asan məsələ deyil. Bunu İsveç də, Finlandiya da bilir”.