14 C
Baku
Sunday, September 29, 2024

Türkiyə lirəsi bahalaşmağa başladı

Bazar ertəsi Türk lirəsi üçün yaxşı başlayıb. Türkiyədə milli valyuta ABŞ dolları qarşısında möhkəmlənməkdədir.

Banker.az Türkiyə birjalarına istinadən xəbər verir ki, dollar/lirə (USD/TRY) valyuta cütlüyünün məzənnəsi 7.4178 səviyyəsinə düşüb. Bu Bakı vaxtı ilə 21:10 radələrinə olan göstəricilərdə belədir. Bu cütlüyün məzənnəsi sessiya ərzində 0.1700, yəni, 2.22% eniş edib. Bu da sentyabr ayından bu tərəfə ən yüksək göstəricidir.

Türkiyə Mərkəzi Bankı ölkədə makroiqtisadi vəziyyəti və inflyasiya göstəricilərini göz önünə almaqla sərt fiskal siyasətə əl atıb. Belə ki, ötən həftə TCMB Pul komitəsi uçot dərəcəsi 15 %-dən 17%-ə qədər artırıb.

Requlyatorun bu qərarı ötən həftənin cümə axşamı qəbul edən ərəfədə  bir dollar 7.6436 lirə idi.

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3.63 mlrd ABŞ dolları, yaxud 4.1% artaraq 91.81 milyard ABŞ dolları təşkil edib.

4344
Mənbə: Bigpara
Son xəbərlər
Digər xəbərlər