13 C
Baku
Sunday, September 29, 2024

Türkiyə lirəsi dollar və avroya qarşı bahalaşdı – son 5 ayın maksimumu

BANKER.AZ, Bakı vaxtı 17:00 – Türkiyədə milli valyuta lirə (TRY) əsas rəqibləri qarşısında önəmli mövqe qazanıb ki, bu da 2020-ci ilin 11 avqustundan bu tərəfə müşahidə edilmiş ən yaxşı göstəricidir.

Səhər saatlarında Türkiyə birjalarında 1 dollar 7.3839 lirə olduğu halda altı saat ərzində 7.2916 lirəyə qədər azalıb.

USD/TRY valyuta cütlüyünün məzənnəsi sessiya ərzində 0.57% azalma edib.

Özü də lirə dollara qarşı bu formada müqaviməti dünya birjalarında indeksinin yavaş-yavaş artdığı dövrdə göstərir. Hazırkı radələrdə ABŞ dollarının indeksi 6 əsas valyuta qarşısında son saatlarda 0.103 bənd artımla, 90.530 bəndə qədər artıb.

Həmçinin ölkədə, Avrozonanın vahid valyutası da 0.48% ucuzlaşaraq 8.8613 lirəyə düşüb.

Son bir ayda lirə Türkiyə Mərkəzi Bankının (TCMB) sərt addımlarından sonra önəmli qiymət artımı qazanıb. TCMB dekabrın ikinci yarısında uçot faiz dərəcəsini 15%-dən 17%-ə qədər yüksəltmişdi. İnflyasiya və makroiqtisadi təzyiqləri nəzərə alaraq növbəti günlərdə də daha sərt olacağı üçün işarələr vermişdi. Yanvarda keçirlən iclasda isə uçot faiz dərəcəsini 17%-də saxlamalı olub.

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan isə son açıqlamasında qiymətlərin artımının olduğunu, buna isə Ticarət Nazirliyinin sıx nəzarət edəcəyini bildirib.

 

Son xəbərlər
Digər xəbərlər