13 C
Baku
Saturday, November 23, 2024

Türkiyə lirəsi yeni anti-rekordunu test edib – 1 dolların 20 lirə olmasına bir şey qalmadı

Türk lirəsi 2023-cü ilin 13 aprelində növbəti anti-rekordunu qırıb. İstər yerli, istərsə də xarici investorlar dollar/TL cütlüyü üçün alış kimi “uzun mövqe” seçiblər. 1 dollar artıq 20 lirə olmasına o qədər də uzun məsafə qalmayıb.

Banker.az xəbər verir ki, dollar/TL cütlüyü bu gün 19.40 səviyyəsinə yüngülcə toxunuş edib, sonradan bir qədər geri çəkilib. Bakı vaxtı ilə 17:44 radələrində USD/TRY 19.3290 səviyyəsində olub. Beləliklə, cütlük artıq 19-un üzərində qalmaqla aşağı düşmə şanslarını azaldır.

Lakin indiyə qədər olan müşahidələrdə USD/TRY cütlüyü test etdiyi bütün üst nöqtələrə artaraq möhkəmlənə bilir.

Hazırda, investorlar üçün önəmli olan göstərici Türkiyə Mərkəzi Bankının monetar siyasətidir. Ölkədə 50% üzərində inflyasiyaya rəğmən 8.5 faizlik uçot faiz dərəcəsi siyasəti həyata keçirir ki, bu da lirənin ABŞ dolları qarşında ucuzlaşma təzyiqi ilə üzləşdirir.

Türkiyə Respublikasının yüksək qızıl və enerji idxalı fonunda fevral ayında 8.76 milyard dollarlıq cari hesab kəsiri yaranıb və bu gözlənilən 8.5 mlrd. dollarlıq proqnozu üstələmiş olub. Bu da Tədiyyə balansının əsas kompanentidir və bu azalma ölkənin tədiyyə balansındakı kəsirin artmasını dəstəkləyir və beləliklə, lirənin dollar qarşısında eniş potensialına mühüm təsir edir.

Xarici analitiklərin gözü Türkiyədə 14 maydakı prezident və parlament seçkilərinədir. Belə ki, nəhəng bank “Citi” iqtisadçıları 2023-cü ilin 3-cü rüb və 4-cü rüb üçün Türkiyə Mərkəzi Bankının faizinə dair proqnozlarının müvafiq olaraq 25.5% və 27% səviyyəsində olduğunu bildiriblər.

“Cit” tərəfi hesab edir ki, TCMB-nin pul siyasəti faizini təxminən 40% və ya daha yüksək səviyyəyə qaldırmasının daha ehtiyatlı və effektli bir hərəkət olacaq.

Son xəbərlər
Digər xəbərlər