Türkiyə Liviyanın Aralıq dənizi sahilində yerləşən Xüms şəhərində yerləşən Xüms limanını 99 il müddətinə icarəyə götürüb.
Bu barədə Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzi (TÜRK-DEGS) sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, bölgədə qurulacaq hərbi bazaya Türkiyənin milli PUA və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
Bu addım, həmçinin ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.