14 C
Baku
Thursday, April 25, 2024

Türkiyə Mərkəzi Bankı da rəqəmsal valyutaya keçməyi planlaşdırır

Dünyada getdikcə sürətlə yayılan rəqəmsal valyuta Türkiyə Mərkəzi Bankının (TCMB) bu sahədə müvafiq işçi qrupu yaratmasına səbəb olub. “Haberler” saytına istinadən, TCMB-nin ödəniş sistemləri üzrə baş direktoru Mustafa Okay blokçeyn sisteminin etrafli öyrənilməsini və istifadə dövründə milliləşdirilməsi zərurətini vurğulayıb.

“Blokçeyn sistemi qısa müddətdə istər banklar, istərsə də mərkəzi banklar tərəfindən istifadə olunacaq. Bu yeniliklərdən uzaq qalmaq mümkün deyil”, – deyə M.Okay bildirib.

Bununla yanaşı baş direktor qeyd edib ki, yeni texnologiyaları nə qadağan etmək, nə də tam sərbəst nəzarətsiz buraxmaq olar: “TCMB, Banklara Nəzarət və Tənzimləmə Təşkilatı, Kapital Bazarları İdarəsi və Xəzinədarlıq bu mövzu üzərində iş aparır”.

Qeyd edək ki, hazırda heç bir qanuni əsası olmayan virtual valyutaların məcmu qlobal kapitallaşması 150 mlrd. dollara yaxındır, onların gündəlik alqı-satqı həcmi isə 4 mlrd. dollar təşkil edir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər