11 C
Baku
Monday, November 18, 2024

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı ölkədə 70%-ə çatan inflyasiya şəraitində faiz dərəcəsini yenidən gözlənildiyi kimi 14%-də saxladı.

Banker.az bu barədə TCMB-nin rəsmi səhifəsinə istinadən xəbər verir.

Bununla da Mərkəzi Bank ölkədə bahalaşan qiymət şəraiti və milli valyutanın dəyər itirdiyi şəraitdə dördüncü iclasda ard-arda faizlərə toxunulmadı.

Requlyator sonuncu dəfə faizləri 2021-ci ilin noyabr ayında dəyişib. TCMB həmin zaman uçot faiz dərəcəsini 15%-dən 14%-ə endirmişdi.

Bu xəbərdən sonra Türkiyədə ABŞ dollarının birjalardakı kursu yenidən artaraq 16.3953 səviyyəsinə çatıb.

Son xəbərlər
Digər xəbərlər