-3 C
Baku
Sunday, December 15, 2024

Türkiyə Mərkəzi Bankı faiz qərarını verdi – Bu, lirəni hara aparır?

Türkiyə Mərkəzi Bankının Pul Komitəsi uçot faiz dərəcəsinə dair qərarını verib.

Banker.az xəbər verir ki, Mərkəzi Bank uçot faiz dərəcəsini, yaxud iki həftəlik repo əməliyyatları üzrə faizləri 14%-də sabit saxlayıb və bununla da 2021-ci ilin noyabrdakı iclasından bu tərəfə altıncı iclasdır ki, faizlərə toxunmamış olur.

“Güclü göstəricilər inflyasiyanın daimi enişini göstərənə və qiymət sabitliyinin əsas hədəfinə çatmaq üçün orta müddətli 5 faizlik hədəfə çatana qədər Mərkəzi Bank lirələşmə strategiyası çərçivəsində bütün mövcud alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək”- deyə, açıqlamada deyilir.

Dünyada 1980-ci ildən bu tərədə ən sərt monetar siyasətə keçdiyi bir zamanda Türkiyə Mərkəzi Bankı “faiz qaldıranlar klubuna” qoşulmadı.

“Ümumi qiymət səviyyəsində əldə olunacaq sabitlik risk mükafatlarının azalması, əks valyuta əvəzlənməsi və xarici valyuta ehtiyatlarının artım tendensiyasının davam etməsi və maliyyələşmə xərclərinin daimi azalması hesabına makroiqtisadi sabitliyə və maliyyə sabitliyinə müsbət təsir göstərəcək.”.

TCMB keçən il faiz endirimlərinin bir raunduna son qoymasından sonra verdiyi fasilə lirəni daha da gərginləşdirib. “Goldman Sachs Group Inc”in təxminlərinə görə tezliklə ölkədə istehlak qiymətləri indeksi 80%-ə çatacaq.

Lakin iqtisadçılar, siyasətçilərin cümə axşamı öz meyarlarını 14% səviyyəsində saxlayacaqlarını artıq təxmin etmişdi.

TCMB BU KLUBA QOŞULMADI…

“Belə davam etsək, xarici dəstək olmadan bu vəziyyətdən çıxa bilmərik” deyə, Ankarada Bilkent Universitetində iqtisadiyyat professoru Bloomberg-ə Kara bildirib.

İnflyasiya təzyiqlərinin daha da artması və Avropa Mərkəzi Bankının tezliklə faiz dərəcələrini artırmağa başlayaraq qeyd edilən “kluba” qoşulmağa hazırlaşdığı üçün qeyri-adi və yumşaq pul siyasətinin israrlı olması Türkiyə aktivləri daha da həssas edib.

Lirə ABŞ dolları qarşısında 23 faizdən çox dəyər itkisi ilə bu il inkişaf etməkdə olan bazarlarda ən pis göstəricinə sahib olub.

Əlavə etməliyik ki, 2022-ci ilin stratından bu tərəfə 60 mərkəzi bank uçot faiz dərəcəsini qaldırıb.

Keçən həftə ABŞ Federal Ehtiyat Sistemi 1994-cü ildən bəri ən böyük addımını atdı və ertəsi gün İsveçrə gözlənilmədən uçot dərəcəsini artırdı. İngiltərə Bankı qısa müddət sonra beşinci dəfə uçot faiz dərəcəsini 0.25 faiz bəndi yüksəldib və tezliklə sürəti ikiqat artıracağına işarə edib.

Rusiyanın Ukraynaya hərbi müdaxilə ardınca daha yüksək əmtəə qiymətləri ilə üzləşən Türkiyənin illik inflyasiyası may ayında təxminən 74%-lə son 24 ilin ən yüksək səviyyəsinə çatıb ki, bu da 20 ən böyük iqtisadiyyatlar qrupunda ən sürətli qitmət artımıdır.

Ercan Ergüzel də daxil olduğu “Barclays Plc” iqtisadçıları hesabatda  qeyd edilir ki, 2022-ci ilin payızında enerji fakturaları xarici ehtiyatlara təzyiq göstərməyə davam edərsə, dördüncü rübdə böyük faiz artımı üçün maddi risk mövcuddur.

Son xəbərlər
Digər xəbərlər