12 C
Baku
Saturday, November 23, 2024

Türkiyə Mərkəzi Bankı faiz qərarını verdi

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsi qərarını açıqladı.

Banker.az xəbər verir ki, TCMB-nin Pul Komitəsi uçot faiz dərəcəsini 14%-də saxlayıb.

Bununla da bazarın gözlədiyi kimi 8-ci iclasdır ki, bir həftəlik repo əməliyyatları faizdə dəyişiklik etməmiş olur.

Türkiyədə yüksələn inflyasiya fonunda digər mərkəzi banklar kimi uçot faiz artımına getməmiş olur.

Qeyd edək ki, əksər inkişaf etmiş ölkələrdə mərkəzi banklar uçot faiz dərəcəsini cilovlamaq yolunda faizlərə toxunmur. Həmin ölkələrdəki inflyasiya isə Türkiyədə  daha yumşaqdır.

TÜİK-in açıqlamasına görə, Türkiyədə may ayı üzrə 78.62% illik inflyasiya qeydə alınıb. İyunda isə bunun 78.35% olacağı proqnoz edilir. Lakin bunun yüksək olması da bazar tərəfindən gözlənilir.

LİRƏ GƏRGİNDİR…

Lirə ABŞ valyutası qarşısında ilin əvvəlindən 32.79% dəyər itirməklə, ən pis performansa sahib olan valyutadır.

Birja açılandan bu tərəfə USD/TRY cütlüyünün məzənnəsi 17.74 səviyyəsi retest edib.

Lirədən sonra ən pis göstərici argentina pesosu, macar forinti və yapon yenidir. Lakin yapon yeni qeyd edilən valyutalardab fərqli tarixə malikdir. O dəfələrlə bu səviyyələrə gəlib, sonra geri dönüş etməyi bacarıb. Yaponoya Mərkəzi Bankı isə hələ ki, ultra-yumşaq monetar siyasətlə böhranda iqtisadiyyatını qazanc deyil, itkidən xilas etmək istəyir.

Tarix Aktual Proqnoz Əvvəl
2022 (iyul) 14.00% 14.00%
2022 (iyun) 14.00% 14.00% 14.00%
2022 (may) 14.00% 14.00% 14.00%
2022 (aprel) 14.00% 14.00% 14.00%
2022 (mart) 14.00% 14.00% 14.00%
2022 (fevral) 14.00% 14.00% 14.00%
2022 (yanvar) 14.00% 14.00% 14.00%
2021 (dekabr) 14.00% 14.00% 15.00%
2021 (noyabr) 15.00% 15.00% 16.00%
2021 (oktyabr) 16.00% 17.50% 18.00%
2021 (sentyabr) 18.00% 19.00% 19.00%
2021 (avqust) 19.00% 19.00% 19.00%
2021 (iyul) 19.00% 19.00% 19.00%

 

 

 

Son xəbərlər
Digər xəbərlər