2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Mərkəzi Bankı kritik qərarını açıqladı: faiz dərəcəsi yenidən endirildi

Türkiyə Mərkəzi Bankının Pul Komitəsi faiz dərəcəsini gözlənildiyi kimi 1%, yaxud 100 baza bəndi endirdi.

Banker.az xəbər verir ki, bununla da ölkədə bu gündən etibarən uçot faiz dərəcəsi 14%-ə endirib.

Ölkədə hazırda inflyasiya noyabr ayı üzrə 21.31% təşkil edir. Öncəki xəbərlərimizdə qeyd edildiyi kimi, adətən mərkəzi banklar və bu funksiyanı həyata keçirən insitutlar yüksək inflyasiyanı yumşaltmaq üçün sərt monter siyasətə əl atırlar. Bura əsas amil kimi faiz dərəcəsinin qaldırılmasını aid etmək olar. Ekspertlər uçot faiz dərəcəsinin inflyasiya faizinin  altında olmasını çox riskli sayırlar.

Türkiyədə valyuta birjaları hətta TCMB-nin faiz dərəcəsini endirəcəyi ehtimalı ilə USD/TRY cütlüyü tarixi maksiumumla 15.3 səviyyəsinə qədər yüksəlmişdi. Bakı vaxtı ilə 15:21 radələrində isə cütlüyün məzənnəsi 15.5436 səviyyəsinə qədər artmışdır.

Lirə üzərində əsas təsiyiq yaradan amillərdən biri də, dekabr ayı ərzində hökumət və şirkətlər 5 milyard dollarlıq xarici borcu qaytarmalıdır. Bundan öncəki noyabrın payına 8 mlrd. dollar düşürdü.

Türkiyədə uçot dərəcəsinə dair qərarlar:
Tarix Uçot dərəcəsi
11/19/2021 15.00%
10/22/2021 16.00%
09/24/2021 18.00%
03/19/2021 19.00%
12/25/2020 17.00%
11/20/2020 15.00%
09/25/2020 10.25%
05/22/2020 8.25%
04/23/2020 8.75%
03/18/2020 9.75%
02/20/2020 10.75%
01/17/2020 11.25%
12/13/2019 12.00%
10/25/2019 14.00%
09/13/2019 16.50%
07/26/2019 19.75%
09/14/2018 24.00%
06/08/2018 17.75%
06/01/2018 16.50%
11/25/2016 8.00%
02/25/2015 7.50%
01/21/2015 7.75%
07/18/2014 8.25%
06/25/2014 8.75%
05/23/2014 9.50%
01/29/2014 10.00%
05/17/2013 4.50%
04/17/2013 500.00%
12/19/2012 5.50%
08/05/2011 5.75%
01/21/2011 6.25%
12/17/2010 6.50%
05/20/2010 7.00%
11/19/2009 6.50%
10/15/2009 6.75%
09/17/2009 7.25%
08/19/2009 7.75%
07/17/2009 8.25%
06/17/2009 8.75%
Son xəbərlər
Digər xəbərlər