Türkiyə Mərkəzi Bankı məşhur “Papara” ödəniş sisteminin lisenziyasını ləğv edib. Bu barədə məlumat hökumətin rəsmi nəşri “Resmi Gazete”də dərc olunub. Qərar Bankçılıq Tənzimləmə və Nəzarət Komissiyası (BDDK) tərəfindən qəbul edilib.
“Hurriyet” nəşrinin məlumatına görə, “Papara”ya lisenziya 2016-cı il aprelin 21-də verilib. Ödəniş sistemi elektron pulqabı və ona bağlı debet kartı şəklində fəaliyyət göstərib. Rusiyalı turistlər “Papara”dan aktiv şəkildə istifadə edirdilər, çünki burada hesab açmaq digər banklarla müqayisədə daha asan olub. Lisenziya “Ödəniş xidmətləri, hesablaşma sistemləri və elektron pul müəssisələri haqqında qanuna” əsasən ləğv edilib.
Bu ilin may ayında Türkiyə polisi “Papara”nın sahibi Əhməd Karslı və daha 13 nəfəri qanunsuz mərc oyunları vasitəsilə pul yuyulması şübhəsi ilə saxlamışdı. Şirkətə xarici idarəçi təyin olunmuş şəxsin 5 milyard lirə (təxminən 128 milyon dollar) məbləğində aktivləri müsadirə edilmişdi.


 
                                    




