Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
İclasda uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılaraq 12%-dən 11,25%-ə endirilməsinə qərar verilib.
Xatırladaq ki, TMB-nin ötən il iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə, dekabrın 12-də keçirilmiş iclasında isə 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-ə endirilmişdi.
©Report