Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 30%-dən 35%-ə qaldırıb. Bu, 2003-cü ildən bəri rekord göstəricidir.
Faiz artımının “inflyasiya gözləntilərini möhkəmləndirməyə və qiymət dinamikasının pisləşməsinə nəzarət etməyə kömək edəcəyi” gözlənilir.
İyun ayında Türkiyə Mərkəzi Bankı 2021-ci ildən bəri ilk dəfə uçot dərəcəsini 8.5%-dən 15%-ə qaldırıb. Bu, Respublika Mərkəzi Bankının yeni rəhbəri Hafize Qaye Erkanın ilk qərarı olub.