Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 38%-ə endirib. Bildirilir ki, bu göstərici 2023-cü ilin oktyabrından bəri ilk dəfə 39%-dan aşağı düşüb.
Tənzimləyicisi qeyd edib ki, noyabr ayında istehlak inflyasiyası proqnozlaşdırılandan aşağı olub, çünki ərzaq qiymətlərinin gözlənilməz şəkildə ucuzlaşması müşahidə edilib. Bundan əlavə, ölkənin ÜDM artımı üçüncü rübdə gözləniləndən yüksək nəticə göstərib.
Bank həmçinin vurğulayıb ki, qiymət sabitliyinə nail olunana və dezinflasiya prosesinin güclənməsinə qədər sərt pul-kredit siyasətinə sadiq qalacaq. Əgər inflyasiya proqnozu ara hədəflərdən yayınarsa, faiz dərəcəsi artırıla bilər. Orta müddətli dövr üçün inflyasiya hədəfi 5% təşkil edir. Türkiyə Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı növbəti iclası 22 yanvar 2026-cı il tarixində keçiriləcək.







