12 C
Baku
Saturday, November 23, 2024

Türkiyə Mərkəzi Bankı valyuta bazarına birbaşa müdaxilə etməyə başladı

Türkiyə Mərkəzi Bankı (TCMB) valyuta məzənnələrindəki qeyri-sağlam qiymət formalaşması səbəbindən birbaşa satış istiqamətində bazara müdaxilə etdiyini açıqlayıb.

Bildirək ki, sonuncu dəfə TCMB sonuncu birbaşa valyuta müdaxiləsini 2014-cü ilin yanvarında 3.15 milyard dollarlıq satışla həyata keçirmişdi.

Mərkəzi Bankın son açıqlamasından sonra dollar/lirə cütlüyünün məzənnəsi 13.4776-dan 12.4267 səviyyəsinə qədər enmişdir. Hazırda isə 13.0985 ətrafında hərəkətlənir məzənnə.

Əvvəlki illərdə edilən müdaxilələrə baxsaq, bu müdaxilənin böyüklüyü 2.5-3 milyard dollar hesabına başa gələ bilər, bunu Bloomberg HT-yə Derici Şengül iqtisadçı bildirir.

“Ancaq Mərkəzi Bankın banklarla etdiyi svoplar nəzərə alındıqda, qısa mövqe tutur. Bu fəaliyyət imkanlarını daraldır. Təbii bu o demək deyil ki, TCMB-nin müdaxilələr üçün kifayət qədər gücü yoxdur. Müdaxilə bazarın tələbinə uyğun olaraq bank sistemi vasitəsilə həyata keçirilir. TCMB hazırda xarici valyutanı birbaşa bazara çıxarır” – deyə Derici Şengül bildirir.

 

Tarix Alış həcmi, mln. dollar Satış həcmi, mln. dollar
11.07.2002 0 3
02.12.2002 16
24.12.2002 9
12.05.2003 62
21.05.2003 517
09.06.2003 566
18.07.2003 938
10.09.2003 704
25.09.2003 1.442
16.02.2004 1.283
11.05.2004 9
27.01.2005 1.347
09.03.2005 2.361
03.06.2005 2.056
22.07.2005 2.366
04.10.2005 3.271
18.11.2005 3.164
15.02.2006 5.411
13.06.2006 494
23.06.2006 763
26.06.2006 848
18.10.2011 525
30.12.2011 1.865
02.01.2012 525
03.01.2012 326
04.01.2012 155
23.01.2014 3.151

 

Son xəbərlər
Digər xəbərlər