10 C
Baku
Monday, November 18, 2024

Lirənin məzənnəsi yüksək təzyiq altında: Türkiyə faizlə bağlı hansı qərarı verəcək?

Türkiyədə cümə axşamı ardıcıl üçüncü ay faiz dərəcələrini sabit saxlaması gözlənilir. Bu hansı şəraitdə baş verir? Ölkədə inflyasiyanın 50% üzərində olduğu və ABŞ FED-nin son dörd ildə ilk dəfə faiz artımına getdiyi bir zamanda.

Banker.az xəbər verir ki, bu gün Türkiyə Mərkəzi Bankının Pul Komitəsi faiz artımına dair qərar verir.

Hökumətin 2021-ci ilin sonuncu rübündən belə anlaşıldı ki, yüksək faiz dərəcəsi cari durumda məqbul deyil. Ölkədə “yüksək faiz, yüksək inflyasiya” devizini əsas gətirərək uçot faiz dərəcəsini sentyabrdan dekabra qədər 500 baza bəndi (5%) azaldaraq 14%-ə qədər azaltdı bu da milli valyutanın məzənnəsini dollar qarşısında tarixi minimuma endirdi. USD/TRY cütlüyü 18.00 səviyyəsinə qədər qalxdıqdan sonra, hökumətin büdcə hesabına milli valyutada olan depozitlərə və cari hesablarındakı itkiləri öz hesabına götürdükdə məzənnə 14.00 ətrafına endi.

Hazırda isə ölkənin iki əsas ticarət tərəfdaşı- Rusiya və Ukrayna qanlı savaşdadır. İnflyasiya isə 54%-i ötüb.

Üstəlik, ötən gün dünyanın ən böyük iqtisadiyyatı ABŞ faizləri 0.25%  artırıb. Belə olan halda, investorların siyasət istiqamətini dəyişməyə çalışır ki, bir çox inkişaf etməkdə olan bazarları bundan əziyyət çəkməli olurlar.

İndi gözlər Türkiyə Mərkəzi Bankının iclasındadır. Amma əksər sorğuda iştirak etmiş investorların gözləntisi faiz artımının 14%-də saxlanılacağı üçün yüksək ehtimallar irəli sürürlər.

Türkiyənin borclanma xərcləri artıq mənfi 40.4% səviyyəsindədir və milli valyuta üçün bu əlavə təzyiqdir.

Ötən il faiz dərəcələrinin aşağı salınması dövrü ilə məzənnəsi “çökən” lirə, 2022-ci ilin əvvəlindən bəri dollara nisbətdə demək olar ki, 10% ucuzlaşıb. Banker.az-ın ötən dəfə apardığı araşdırmaya görə, inkişaf etməkdə olan əsas valyutalar arasında Rusiya rublundan sonra ikinci ən çox ucuzlaşan Türk valyutasıdır.

Bakı vaxtı ilə 10:00 radələrinə USD/TRY məzənnəsi 14.70 səviyyəsindədir, bu öncəki günlərlə müqayisədə qismən normaldır. Lakin o da vurğulanmalıdır ki, FED-in qərarından sonra ABŞ dolları hələ ki dəyər itirir. Bu, birjaların FED rəhbərinin növbəti il üzrə iqtisadi proqnozlarının azaldılmasına görə verdiyi qısamüddətli “emosional” reaksiya da ola bilər.

Türkiyənin Maliyyə naziri Nurəddin Nebati çərşənbə günü deyib ki, milli valyutanın qorunmasını təşviq edən hökumət mexanizmi lirəni neft qiymətlərinin artması və FED-in sərtləşdirməsindən qorumağa kömək edib. O, 2023-cü ilin iyun seçkilərinə qədər inflyasiyanın birrəqəmli rəqəmə qayıdacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər