Türkiyə Mərkəzi Bankının sədri dəyişdirilə bilər.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, Hafize Qaye Erkanın bu vəzifəyə gətirilməsi ilə bağlı müzakirələr aparılır. Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşek Qaye Erkanla görüş keçirib. Görüşün detalları açıqlanmayıb.
ABŞ-da yaşayan və “ən gənc maliyyə professoru” adını qazanan Erkanın dünən Ankaraya gəldiyi bildirilir.
Qeyd edək ki, 41 yaşlı iqtisadçı Boğaziçi və ABŞ-ın Prinston Universitetlərində təhsil alıb. Qaye Erkan ABŞ-da müxtəlif beynəlxalq təşkilatlarda və qurumlarda çalışıb.