7 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Mərkəzi Bankının indiki siyasəti dolların bahalaşmasına təsir edə bilməyəcək

Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artırmaq niyyətində olmaması dolların məzənnəsini bahalaşdıracaq.

Bu barədə Yaponiyanın “Nomura” investisiya bankının London şöbəsinin strategiya mütəxəssisi Henrik Qullberqin (Henrik Gullberg) müştərilərə göndərdiyi məktubda bildirilir.

“Nomura”nın məktubunda qeyd edilib ki, TCMB-nin son günlərdə atdığı addımların daxili valyuta bazarına təsiri qısamüddətli olacaq. Xatırladaq ki, TCMB noyabrın 13-də hedcing məqsədi ilə valyuta “forward” kontraktları satacağını bildirib. “Nomura” bu addımın yetərli olmayacağını, daxili valyuta tələbi və geosiyasi risklər səbəbindən dolların məzənnəsinin artacağını qeyd edib.

“Nomura” Türkiyədə dollar və avrodan ibarət valyuta səbətinə qarşı türk lirəsində 3,90 səviyyəsindən qısa mövqe tutub. Onun hədəfi səbət üzrə 4,50 səviyyəsidir. Xatırladaq ki, Türkiyədə valyuta səbəti 50% dollar və 50% avrodan ibarətdir və hazırda onun dəyəri 4,20-ə bərabərdir. “Nomura”nın mənfəəti isə artıq 7,7% təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər