17 C
Baku
Saturday, May 18, 2024

Türkiyə Mərkəzi Bankının “sərt addımı” da lirəni qoruya bilmir – bazarda dollar yenidən qalxır

Türkiyə Mərkəzi Bankının keçən həftədəki faiz qərarı ilə bağlı “sərt” qərarından (faizi qaldırmışdı) sonra USD/TRY cütlüyünün məzənnəsi 7.55 lirə səviyyəsinə qədər enmişdi. Bazar ertəsi isə cütlüyün məzənnəsi yenidən artmaqla 7.88 səviyyəsinə qədər yüksəlib.

Bunun səbəbi isə Türkiyədə valyuta bazarında ABŞ valyutasına olan tələbin yenidən yüksəlməsi, bunun fonunda da bazarda lirənin məzənnəsinə yaradılan təzyiqdir.

Bakı vaxtı ilə 11:00-da dollar/lirə məzənnəsi 0.83 lirə artaraq 7.9480 səviyyəsində mübadilə edilir.

Türkiyə Mərkəzi Bankının (TCMB) ötən həftənin çərşənbə günü  yeni sədri Naci Ağbal-ın ilk toplantısında 475 baza punktunda faiz artımına getdikdən sonra dolların məzənnəsi həftəni 7.6381 lirə ilə tamamlamışdı.

Ayrıca olaraq TCMB ötən həftənin son iş gününü həftəlik svop işlərində faizi 13.25-dən 15%-ə yüksəldilib.

Ötən həftə Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatları 2.89 milyard dollar azalaraq 82.35 milyard dollar təşkil edib.

Requlyatorun verdiyi hesabatda qeyd edilir ki, valyuta ehtiyatlarının 41.98 milyard dollar qızıl ehtiyyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1.35 milyard dollar azdır ki, bu da 3.1% azalma deməkdir.

“Hazırda 7.75 lirə səviyyələrində ticarət olunan USD/TRY valyuta cütlüyünün qiymətinin 7.80 lirə üzərində möhkəmlənməsi 8.10 hədlərinə kimi bahalaşma ilə nəticələnə bilər” – deyə İnvestAZ analitikləri qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər