10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,38 milyard ABŞ dolları, yaxud 1,5% azalaraq 91,03 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 36,67 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 145 milyon ABŞ dolları, yaxud 0,4% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,24 milyard ABŞ dolları, yaxud 2,2% azalaraq 54,36 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər