Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,166 milyard ABŞ dolları və yaxud 1,2 % artaraq 95,214 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 40,719 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına qalxıb. Bu isə həftəlik müqayisədə 535 milyon ABŞ dolları, yaxud 1,3 % çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 631 milyon ABŞ dolları, yaxud 1,2 % artaraq 54,495 milyard ABŞ dolları təşkil edib.