Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 43 mln ABŞ dolları, yaxud 0,05% azalaraq 83,595 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 42,477 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 248 milyon ABŞ dolları, yaxud 0,6% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 291 mln ABŞ dolları, yaxud 0,7% azalaraq 41,118 milyard ABŞ dolları təşkil edib.