“Öncəliklə həftənin ilk iş günü açılmadan Türkiyə Mərkəz Bankası tərəfindən bazara istənilən qədər TL və USD likvidlik verəcəyini, yüksək vəzifəli iqtisadi brokratların bazara yənəlik verdiyi açıqlamalarla bankların və kapital bazarların normal vəziyyədə fəaliyyətə başlayacağı gözlənilir (maliyyə bazarı bu gün açılmaya da bilərdi)” .
Bu barədə kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib.
Cüma axşamı Türkiyə maliyyə bazarları bağlı olsa da xarici bazarlarda 5,5% dəyər itkisi ilə 3,05 USD/TL-yə yüksələn məzənnə bu açıqlamalardan etibarən Asya bazarlarının açılması ilə 2,96 USD/TL-yə qədər geri çəkildi.
Maliyyə bazarlarının açılmadan Baş Nazırıin müavini Məhmət Şimşək TV kanalında, canlı yayında, alınan tədbirlərlə bağlı biznes dünyasını və investorları məlumatlandırır. Ölkədə baş verən proseslər fonunda həftə ərzində maliyyə bazarlarında ciddi boyutda istiqrarsızlıq olmayacağı və dalğalanmaların olacağı gözlənilir.
Oxu.az