12 C
Baku
Saturday, November 23, 2024

Türkiyə MB qərarı sonrası lirə günə 5% ucuzlaşdı – 1 dollar 11.16 lirə!

Türkiyə Mərkəzi Bankı (TCMB) ölkədə yüksək – 20% inflyasiyaya  baxmayaraq, sərt monetar siyasətini yumşaltması dolları lirə qarışısında sessiya ərzində 53 kuruş, yaxud 5% uculaşdırıb.

Bakı vaxtı ilə 17:48 radələrinə USD/TRY cütlüyünün məzənnəsini 11.1642 səviyyəsinə yüksəlib.

Beləliklə, faizlərin daha da düşəcəyi proqnozlaşdırılır. Ölkə prezidenti Ərdoğan da faizlərin azaldılmalı olduğunu çərşənbə günü çıxışında təkrarlamışdı.

TCMB cümə axşamı bir həftəlik repo faiz dərəcəsini ehtimal edildiyi kimi 15%-ə salıb. Qərarın dərc edilməsindən sonra gün ərzində 10.43TL-yə kimi korreksiya edən USDTRY məzənnəsi yenidən yüksəlməyə başlayıb.

Türkiyə iqtisadiyyatında inflyasiya yüksək olsa da hökümət inkişafın təmin olunması üçün faizlərin aşağı çəkilməsini tələb edir.

Son xəbərlər
Digər xəbərlər