Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın Dağlıq Qarabağda Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə hərbi təyyarələrindən istifadə edilməsinə dair iddiaları ilə bağlı açıqlama yayıb.
Nazirliyin açıqlamasında deyilir ki, Dağlıq Qarabağda Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə hərbi təyyarələrindən istifadə olunması barədə erməni tərəfinin iddiaları yalandır.
Nazirlik bəyan edib ki, bu kimi yalan xəbərlərlə Ermənistan məqsədli şəkildə qara təxribatla məşğul olduğunu göstərir.