11 C
Baku
Sunday, November 17, 2024

Türkiyə milli ödəniş sistemini yaradır

Dünyada edilən tranzaksiyaların demək olar ki, 78%-i beynəlxalq ödəniş sistemləri olan Visa və MasterCard tərəfindən həyata keçirilir. Lakin, Amerika prosessinqi müxtəlif ölkələrin özünün milli ödəniş sistemini yaratması və inkişaf etdirməsinə əngəl deyil. 

Sözügedən bu ölkələrdən biri də, Türkiyə oldu. TROY adlı layihə 2016-cı ildə istifadəyə veriləcək. TROY isə – Türkiyə (TR), Ödəniş (O) və üsul (Y-yöntem) sözlərinin qısaldılmış versiyasıdır.

BKM banklararası kredit kartı xidmət mərkəzinin icraçı direktoru demişdir: “Bizim daha müstəqil fəaliyyətimizə və əlavə vəsaitlərə qənaət etmək imkanı verən yerli həll yolları mütləqdir. Türkiyə bank sistemi yeni ödəniş alternativi yaratmaq üçün hər bir imkana malikdir”.

Onu da qeyd edək ki, Türkiyənin bütün bankları artıq ilk milli ödəniş sisteminə qoşulmuşlar.

Son xəbərlər
Digər xəbərlər