“Misirə səfir təyinatı ilə bağlı qərar verə bilərik”.
Bunu BMT sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı “Türk Evi”ndə jurnalistlərlə görüşü zamanı deyib.
Nazir həmçinin qeyd edib ki, son zamanlar Misirlə münasibətlərin normallaşması prosesində sürətlən var: “İndiyə qədər iqtisadi və ticari əlaqələrdə heç bir problem olmayıb, siyasi əlaqələrin tamamilə normallaşması üçün səylər davam etdirilir”.