Türkiyə Misir və İsraillə münasibətləri normallaşdırmağı planlaşdırır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
Jurnalistin Türkiyənin Yaxın Şərq öləkləri, xüsusilə İsrail və Misirlə mümkün yaxınlaşması barədə suala cavab verən Ərdoğan deyib: “Qərar verən kimi biz də müvafiq olaraq bu ölkələrə səfirlər təyin edəcəyik. Biz BƏƏ ilə bağlı etdiyimiz kimi bu ölkələrlə bağlı da eyni addımları atacağıq”.