Türkiyə oktyabrın 1-dən Moldovaya sutkada 2 milyon kubmetr təbii qaz ixrac etməyə başlayacaq.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Xatırladaq ki, Türkiyənin dövlət neft-qaz şirkəti olan BOTAŞ Rumıniyanın “OMV Petrom” şirkəti ilə Rumıniyaya sutkada 4 milyon kubmetrədək təbii qazın tədarük edilməsi ilə bağlı müvafiq müqavilə imzalayıb.