13 C
Baku
Friday, November 22, 2024

Türkiyə NATO XİN başçılarının iclasına qədər İsveçin üzvlüyünü ratifikasiya etməyəcək

Türkiyə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin gələn həftə keçiriləcək iclasına qədər İsveçin Alyansa üzvlük ərizəsini ratifikasiya etməyəcək.

Bu barədə “Reuters“ agentliyi mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Türkiyə hökuməti bu barədə NATO-nu məlumatlandırıb. Alyansın XİN rəhbərlərinin görüşü 28-29 noyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, keçən həftə Türkiyə parlamentinin xarici əlaqələr komissiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni bu mövzuda əlavə danışıqlar aparmaq üçün təxirə salıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər