Türkiyə parlamentinin nümayəndə heyəti danışıqlar aparmaq üçün Moskvaya gəlib. Bu barədə Türkiyə Böyük Millət Məclisinin (parlament) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay “X” sosial şəbəkəsində yazıb. Bildirilir ki, diplomatların Rusiyada bir sıra görüşləri baş tutacaq.
Martın 28-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub, onlar Ankara ilə Moskva arasında münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Söhbətin mövzularından biri də Qara dənizdə vəziyyətin normallaşması olub.
Fevralın 27-də və aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların iki raundu baş tutub. Danışıqlar zamanı ölkələrdəki diplomatik nümayəndəliklərin işi müzakirə olunub. Müzakirələrin birinci mərhələsi 6,5 saat, ikinci mərhələsi isə 5,5 saat çəkib.