5 C
Baku
Saturday, December 14, 2024

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bu ilin noyabr ayında Türkiyə ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 23 milyard 11 milyon dollara çatıb. Bununla da ölkə tarixinin aylıq ixrac rekordu yenilənib.

Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Nazir deyib ki, bütün çətinliklərə baxmayaraq, ölkədə iyul ayında başlayan ixracat artımı avqust-noyabr aylarında da davam edərək rekord səviyyəyə çatıb. Son 11 ayda Türkiyə ixracatı 232,9 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər