15 C
Baku
Saturday, October 19, 2024

Türkiyə ölkəyə gələnlərdən barmaq izləri götürəcək

Türkiyə daxili işlər naziri Əli Erlikay ölkəyə daxil olan şəxslərin barmaq izlərinin alınacağını bildirib. “Sabah” xəbər verir ki, Ankara hazırda ABŞ və Böyük Britaniyada tətbiq olunan miqrasiya nəzarəti sistemini tətbiq etməyi planlaşdırır.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Nazir yeni sistemin tətbiqi vaxtını dəqiqləşdirməyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə 4.437 milyon miqrant qeydiyyatdadır. Onların 3.103 milyonu Suriya vətəndaşıdır. Qeyd edək ki, Türkiyə MDB dövlətləri üçün ən populyar turizm istiqamətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər