6 C
Baku
Monday, December 16, 2024

Türkiyə Omanla ildə 1 mln. ton LNG tədarükü barədə razılığa gəlib

Omanın “Oman LNG” şirkəti və Türkiyənin “Botaş” şirkəti 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 milyon ton mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü haqqında müqavilə imzalayıb.

Bu barədə “Oman LNG”nin tviter səhifəsində məlumat verilib.

“2025-ci ildən başlayaraq ildə bir milyon metrik ton LNG tədarükü üzrə “Botaş” şirkəti ilə müqavilə imzaladıq. Bu addım Omanın dünya miqyasında etibarlı enerji təchizatçısı kimi nüfuzunun və şirkətin yeni enerji bazarlarına daxil olmaq səylərinin gücləndirilməsinə töhfə verəcək”, – şirkətin məlumatında deyilir.

Dərc olunmuş infoqrafikadan müqavilənin 10 il müddətinə imzalandığını da görmək olar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər