2019-cu ilin sonuna qədər Türkiyə yeni TURKSAT 6A peykini orbitə buraxacaq.
Bu barədə Trendə Türkiyənin Elm, Sənaye və Texnologiya İşləri üzrə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, Türkiyənin orbitə yeni peyk buraxması ilə bağlı heç bir maliyyə problemi yoxdur.
Türkiyənin ilk kəşfiyyat peyki RASAT 2011-ci ildə orbitə buraxılıb.
2012-ci il dekabrın 18-də isə hazırda müdafiə məqsədləri üçün istifadə olunan ikinci peyki – Göktürk-2 orbitə buraxılıb.