18 C
Baku
Sunday, September 8, 2024

Türkiyə Ordusuna yeni Baş Qərargah rəisi təyin edilib

Türkiyədə 2-ci Ordu komandanı, ordu generalı Metin Gürak Baş Qərargah rəisi təyin edilib.

Bununla bağlı qərarı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın (YAŞ) iclasından sonra qəbul edib.

Bundan əlavə, Quru Qoşunları Komandanlığına Baş Qərargahın 2-ci rəisi general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri Komandanlığına isə Döyüşçü Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu təyin edilib.

Ali Hərbi Şuranın qərarı ilə 30 avqust 2023-cü il tarixindən etibarən 32 general və admirala bir üst rütbə, 63 polkovnikə isə general və admiral rütbəsi verilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər