6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə parlamenti İsveçin NATO üzvlüyünə gələn il səs verəcək

Türkiyə parlamenti 2024-cü il büdcəsini və bir sıra qanunları qəbul etdikdən sonra qış tətilinə çıxıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya müraciəti ilə bağlı səsvermə onun fəaliyyətini bərpa edəcəyi, yəni yanvarın 16-dan sonra mümkün olacaq.

Bildirilib ki, dekabrın 26-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.

İndi bütövlükdə parlament daxilində bununla bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün deputatların səs çoxluğu kifayətdir.

Belə ki, 600 yerlik parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları çoxluq təşkil etdiyi üçün hakim partiyanın istəyi yekun qərara təsir edəcək.

Türkiyə Böyük Millət Məclisinin müvafiq komissiyasının rəhbəri Fuat Oktay jurnalistlərə açıqlamasında İsveçin müraciətinin parlamentdə tezliklə ratifikasiya olunacağını gözləmədiyini bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər