Türkiyə parlamenti təbii qaz qovşağı layihəsini həyata keçirmək üçün borularla nəqletmə operatoru olan BOTAŞ-ın strukturunda dəyişiklikləri təsdiqləyib.
Bu barədə “Sabah” nəşri məlumat yayıb.
Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanun layihəsi özəl sektora təbii qaz idxalı üçün zəmin yaradacaq: “Türkiyəni enerji mərkəzinə çevirmək üçün BOTAŞ-ın strukturu dəyişdiriləcək”.
Qeyd edilib ki, dəyişikliklərə əsasən, yeni bölmələr və şirkətlər yaradılacaq.
Bundan başqa, təbii qazın idxalı həm BOTAŞ, həm də özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər üçün liberallaşdırılacaq. Lakin bu, mayeləşdirilmiş təbii qazın (LNG) və boru kəməri vasitəsilə nəql edilən spot qazının idxalına şamil edilməyəcək.