Yeni texnoloji nailiyyətlər əldə edən Türkiyə peyk ixracatçısına çevriləcək.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.
O bildirib ki, Türkiyə bu sahədə uğur qazanıb: “Peyk texnologiyalarında “A” kateqoriyasındayıq”.
Nazir bildirib ki, peyklərdən müxtəlif sahələrdə, o cümlədən, müdafiə sənayesi sahəsində geniş istifadə olunur.