Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədi Şarl Mişel və Avropa İttifaqı komissiyasının sədri Ursula von der Leyeni qəbul edib.
Görüş paytaxt Ankarada keçirilib.
Tərəflər Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səyahət etməsi, Gömrük Birliyi anlaşmasının yenilənməsi kimi məsələləri müzakirə ediblər.
Bundan başqa görüşdə regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.