Zəlzələnin dağıntıları altından xilas edilənlərin sayı 114 834 nəfərə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Konteynerlərin sayını 200 minə çatdıra biləcəyik. 1 il ərzində çadır şəhərlərdə və vilayət şəhərlərində yaşayan vətəndaşlarımızı daimi yaşayış yerlərinə köçürəcəyik. 118 min dağılmış, təcili olaraq sökülməli və ağır zədələnmiş binalardan 412 min sakin təxliyə edilib”, – Ərdoğan qeyd edib.