Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ciddə şəhərində Kral və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşlər keçirib.
Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, o cümlədən yeni investisiya layihələrinin həyata keçirilməsi, həmçinin Körfəz regionunda sülhün və sabitliyin bərqərar olması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonra Rəcəb Tayyib Ərdoğan və Məhəmməd bin Salman nazirlərin iştirakı ilə geniş tərkibdə müzakirələrdə iştirak ediblər.
Səfər çərçivəsində Türkiyənin dövlət başçısı Məkkə valisi şahzadə Xaild bin Faysalın müşayiəti ilə Böyük məsciddə namaz qılıb.