Bir il ərzində Qara dəniz “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, 17 iyulda tarixi bitən sazişin uzadılmasına ümid etdiyini qeyd edib.
Ərdoğan əlavə edib ki, Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitəcəyini arzu edir.