9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə prezidentinin açıqlaması lirəni yenidən ucuzlaşdırdı

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 3,9 lirəni ötüb. 

Sonuncu dəfə bu cür vəziyyət yanvarın 11-12-də qeydə alınıb və TRY/USD nisbəti 3,9423-ə bərabər olub.

Türkiyədə dolların bahalaşmasına səbəb bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın uçot dərəcəsi ilə bağlı açıqlaması olub. Belə ki, dövlət başçısı vahid faiz siyasətinin – Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini hazırkı 8% səviyyəsində saxlamağın tərəfdarı olduğunu bildirib. Qeyd edək ki, TMB hazırda 3 faiz alətindən istifadə edir. Bunlar, 1 günlük və 7 günlük repo, eləcə də gec likvidlik faizləridir.

Bu arada “Fithc” beynəlxalq reytinq agentliyinin bu gün Türkiyənin reytinqini açıqlayacağı gözlənilir. “Report”un analitik qrupu agentliyin Türkiyənin reytinqini aşağı salacağını və bununla da ölkənin investisiya qoyula biləcək statusdan çıxaraq spekulyativ ölkələr sırasına daxil olacağını proqnozlaşdırır. Bundan başqa, türk lirəsinin bir qədər də ucuzlaşacağı və TRY/USD nisbətinin 4-ü keçəcəyi, ilin sonuna qədər 4,3-a çatacağı istisna edilmir.

Əgər “Fitch” Türkiyənin reytinqini sabit saxlasa, TRY/USD nisbətinin 3,7-ə qədər azalması mümkündür.

Son xəbərlər
Digər xəbərlər