8 C
Baku
Monday, November 18, 2024

Türkiyə Qara dənizdə yeni təbii qaz rezervi tapıb

Türkiyənin kəşfiyyat-qazma gəmisi “Fatih” Qara dənizdə yerləşən Çaycuma-1 yatağında dənizin 3 min metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

O qeyd edib ki, Türkiyənin Qara dənizdəki qaz ehtiyatları 710 milyard kubmetrə yüksəlib.

Ərdoğan, həmçinin əlavə edib ki, ölkəsi Xəzər dənizi, Mərkəzi Asiya və Aralıq dənizi bölgələri üçün enerji mərkəzinə çevirilməkdə qərarlıdır.

Son xəbərlər
Digər xəbərlər