22 C
Baku
Thursday, May 2, 2024

Türkiyə Qara dənizdəki qaz hesabına idxaldan asılılığını 25-30% azaldacaq

Türkiyənin Qara dənizdəki yataqlardan əldə edəcəyi təbii qaz ölkənin idxaldan asılılığını 25-30% azaltmağa imkan verəcək.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “TRT” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə indiyədək istehlak etdiyi qazın cəmi 1 faizini özü istehsal edir.

Nazir, Türkiyənin Qara dəniz yataqlarında tapdığı təbii qaz həcminin 710 milyard kubmetr olduğunu da xatırladıb.

Həmçinin Fatih Dönməz Qabar dağlarında neft aşkar edilməsi məsələsinə də toxunaraq, orada olan yataqlarda 150 milyon bareldən çox neft çıxarıla biləcəyinin ehtimalı olduğunu vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər